İstifadə şərtləri

24 sentyabr 2026-cı ildən qüvvədədir.

1. Platforma nədir

analizler.az — Azərbaycanda laboratoriya analizlərinin qiymət müqayisəsi və mərkəz kataloqudur. Platforma tibbi xidmət göstərmir, analiz etmir, nəticə saxlamır; yalnız mərkəzlərin dərc etdiyi məlumatı toplayır və göstərir.

2. Qiymətlər və məlumat

Qiymətləri mərkəzlər özləri yazır və ya açıq mənbələrdən (mərkəzin saytı, rəsmi kataloq) götürülür; mənbə və tarix göstərilir. 60 gündən çox yenilənməyən qiymət «təxmini» işarələnir. Son qiymət mərkəzdə dəqiqləşdirilir; platforma qiymət fərqinə görə məsuliyyət daşımır.

3. Tibbi məsləhət deyil

Saytdakı analiz təsvirləri, hazırlıq qaydaları və bot cavabları ümumi məlumatdır, diaqnoz və ya müalicə tövsiyəsi deyil. Analiz təyinatı və nəticənin şərhi həkimə aiddir.

4. Pasiyent hesabı

Pasiyent kabineti telefon nömrəsi və SMS kodu ilə açılır. Saxlanılan məlumat: nömrə, istəyə bağlı ad və doğum ili, seçilmiş mərkəzlər, bildirişlər. Hesab istənilən vaxt WhatsApp ilə silinə bilər.

5. Mərkəz hesabı

Mərkəz nümayəndəsi öz mərkəzinin məlumatını yazır və ona cavabdehdir: qiymətlər real, xidmətlər mövcud olmalıdır. Uydurma məlumat, başqa mərkəzə sahib çıxma cəhdi və ya spam hesabın deaktivasiyasına səbəb olur. Sahiblik SMS təsdiqi + admin yoxlaması ilə verilir.

6. Rəylər

Rəy yalnız OTP ilə təsdiqlənmiş nömrədən yazılır. Təhqir, reklam və saxta rəylər silinir. Mərkəz rəyə cavab yaza bilər, silə bilməz.

7. Abunə və ödəniş

Mərkəzlər üçün FREE, SILVER, GOLD, PLATINUM paketləri var; qiymətlər /paketler səhifəsindədir. Ödəniş Payriff vasitəsilə kartla balansa yatırılır, abunə balansdan alınır. İstifadə olunmuş dövr üçün geri qaytarma yoxdur; texniki səhvdə balans bərpa olunur.

8. Şəxsi məlumat

Məlumatın toplanması və saxlanması Gizlilik siyasətinə uyğundur. Telefon nömrəsi üçüncü tərəfə verilmir; SMS yalnız təsdiq kodu və istifadəçinin seçdiyi bildirişlər üçün göndərilir.

9. Dəyişikliklər

Platforma şərtləri yeniləyə bilər; yeni versiya bu səhifədə dərc olunan andan qüvvəyə minir. Əlaqə: WhatsApp +994 99 680 13 13, info@analizler.az.

Gizlilik siyasəti