Mərkəz kabineti — istifadə təlimatı

Bu səhifə mərkəz nümayəndələri üçündür. Suallar: WhatsApp +994 99 680 13 13.

1. Giriş

  1. analizler.az/giris — mərkəzin telefon nömrəsini yazın.
  2. SMS ilə 6 rəqəmli kod gəlir (2 dəqiqə etibarlıdır). Kodu daxil edin.
  3. Parol yoxdur. Nömrə dəyişibsə — WhatsApp-a yazın, admin yeniləyir.
  4. Bir neçə filial idarə edirsinizsə, girişdən sonra filial seçimi çıxır; paneldə üstdəki «Filial» seçicisi ilə keçid edin.

2. Mərkəz kataloqda yoxdursa

Qeydiyyat: ad, növ, şəhər, telefon → SMS kod → kabinet açılır. Profil admin təsdiqindən sonra (1 iş günü) ictimai siyahıda görünür. Kataloqda varsa — mərkəz səhifəsində «Bu mənim mərkəzimdir» düyməsi ilə sahib çıxın.

3. Qiymətlər

  • «Qiymətlər» bölməsində kateqoriya seçin, etdiyiniz analizlərin qiymətini manatla yazın (məs. 12.50), istəyə bağlı hazırolma müddətini (gün).
  • Boş qiymət = analiz göstərilmir. Yalnız real etdiyiniz analizləri doldurun.
  • Qiymət 60 gün yenilənməsə saytda «təxmini» işarəsi çıxır. Dəyişməyibsə də «Yadda saxla» basın — tarix təzələnir.
  • Qiyməti olan mərkəzlər axtarışda öndə çıxır.

4. Panellər və paketlər

  • «Panellər»: platformanın standart panellərinə (tiroid, lipid, TORCH…) öz qiymətinizi yazın. Yazmasanız, tərkibdəki analizlərin cəmi göstərilir.
  • «Paketlər»: öz check-up dəstiniz — ad, tərkib, bir qiymət. /kompleks səhifəsində görünür.

5. Profil

  • Ünvan, telefon, WhatsApp (yalnız real WhatsApp nömrəsi — düymə ona bağlanır), e-poçt, sayt.
  • İş saatları, nəticə çatdırma üsulları, evə çağırış və haqqı.
  • Loqo (kvadrat, PNG/JPG, 4 MB-a qədər) və maksimum 5 şəkil.
  • Şəbəkə admin nömrəsi: filial rəhbərinə giriş vermək üçün — yeni nömrə SMS kodu ilə təsdiqlənir.

6. Rəylər və statistika

  • Rəylər Gold+ paketdə göstərilir; sahib cavab yaza bilir. QR kodu çap edib qəbulda qoyun.
  • Statistika (Silver+): baxış, zəng, WhatsApp klikləri; ən çox baxılan analizlər.

7. Paket və balans

Balansı kartla artırın (Payriff), abunəni balansdan alın. 3 ay 5 %, 6 ay 10 %, 12 ay 20 % endirim. Qiymətlər: /paketler.

8. Qaydalar

  • Yalnız real qiymət və real xidmət. Uydurma məlumat profilin deaktivasiyasına səbəb olur.
  • Mərkəz özü yazdığı məlumata cavabdehdir; platforma məlumatı dəyişmir (yalnız texniki düzəliş).
  • Tam şərtlər: İstifadə şərtləri.